Qazma problemləri və həlli yolları

Çox diqqətlə planlaşdırılmış quyularda belə quyu qazarkən problemlərin olacağı demək olar ki, mümkündür. Məsələn, oxşar qazma təcrübələrinin istifadə olunduğu ərazilərdə əvvəllər belə problemlərin olmadığı yerlərdə quyu problemləri bildirilmiş ola bilər, çünki laylar bircins deyildir. Buna görə də, bir-birinə yaxın olan iki quyu tamamilə fərqli geoloji quruluşa malik ola bilər.

Quyuların ümümi dəyərinə nəzarət etmək və hədəf zonaya çatmaq üçün qazma problemlərini başa düşmək və qabaqcadan bilmək ,onların səbəblərini və həlli yollarını araşdırmaq lazımdır.